Antonio Banderasla "Paddington 3"də baş rolda oynaya bilər

Antonio Banderasla "Paddington 3"də baş rolda oynaya bilər
calendar 24 iyun 2023
clock 14:30

"Variety"nin məlumatına görə, Antonio Banderas və Olivia Colman "Paddington" franşizasının üçüncü hissəsində çəkilməyə hazırlaşırlar.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin "Match Point" dramındakı rolu ilə tanınan Emili Mortimer də sözügedən filmin heyətinə qatıla bilər .

Ailə filmi franşizasının üçüncü hissəsi "Peruda Paddington" adlanacaq. Çəkilişlər iyulda başlayacaq və Böyük Britaniya, Peru və Kolumbiyada aparılacaq.

Süjetə görə, Paddinqton Londondan Perudakı vətəninə qayıdacaq, qocalar evində yaşayan sevimli xalası Lüsiyə baş çəkəcək. Paddington və Braun ailəsi Amazon tropik meşələri ilə Perunun dağ zirvələrinə gözlənilməz səyahətə çıxacaq.

Qeyd edək ki, “Peddinqtonun sərgüzəştləri” dünyanın ən uğurlu film franşizalarından biridir. Orta hesabla büdcəsi 50 milyon dollar olan birinci film 282,3 milyon dollar, ikinci hissə isə 227,9 milyon dollar qazanıb.

# 1005 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news