ARKA yeni filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı

ARKA yeni filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
calendar 12 iyul 2024
clock 14:30

Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqlayıb.

Kulis.az xəbər verir ki, cari ilin may ayında ARKA post-prodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqə elan etmişdi. Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə həyata keçirilən müsabiqə yekunlaşdı. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə müraciət edib. Bədii Şura tərəfindən dəyərləndirilən layihələrdən 6-a dövlət dəstəyi verilməsi qərara alınıb. Qeyd edək ki, ölkədə ilk dəfədir post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədilə il boyu müsabiqələr keçirməyə davam edəcək.

POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏ OLAN FİLMLƏRƏ DƏSTƏK MÜSABİQƏSİ

QALİBLƏRİN SİYAHISI

N LAYİHƏNİN ADI KATEQORİYA ŞİRKƏT REJİSSOR MƏBLƏĞ
1 Yaddaş sarayları qısametrajlı sənədli film “Rental Azərbaycan” MMC Mətləb Muxtar 11.550
2 Geri dönüş tammetrajlı sənədli film “Karvan Production” MMC Elməddin Alıyev 19.948
3 Səssiz zaman tammetrajlı bədii film “Nova Gorica Kino Mərkəzi” MMC Tahir Tahiroviç 29.900
4 Qara pişik, ağ şanı tammetrajlı sənədli film “Chinar Film” MMC Ələmdar Faiq 17.640
5 Tərsinə kölgələr qısametrajlı bədii film “Chinar Film” MMC Hacıbala Səfərov 12.075
6 Sən haralısan, durna? tammetrajlı bədii-sənədli film “Bumeranqfilm” MMC İlkin Yusif 20.000
CƏMİ 111.113

kinoinfo.az

# 959 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news