Britni Spirsin həyatı kinoya çevrilir: Onu canlandıran 10 namizəd...

Britni Spirsin həyatı kinoya çevrilir: Onu canlandıran 10 namizəd...
calendar 7 avqust 2024
clock 10:38

Sosial şəbəkələrdəki paylaşımları ilə gündəmdə qalan məşhur müğənni Britni Spirsin həyatı kinoya çevrilir. Hazırda hazırlanmaqda olan filmdə məşhur ulduzu kimin canlandıracağı artıq maraq doğurur.

Kulis.az xəbər verir ki, Spirsin şöhrət, karyera, analıq və azadlıq mövzularından bəhs edən "İçimdəki qadın" memuarının nəşr hüququnu əldə edən "Universal Pictures" filmin prodüseri olacaq. Jon M. Chu filmin rejissor kürsüsündə əyləşəcək.

Spirs obrazını canlandıra biləcək 10 məşhur aktyor:

SABRINA CARPENTER

Filmin anonsundan sonra ağla gələn ilk adlardan biri də "Girl Meets World", "Tall Girl" kimi seriallarla tanınan aktrisa və müğənni Sabrina Karpenter olub.

Digər tərəfdən, məşhur ad 2023-cü ildəki turu zamanı Spirsin "...Baby One More Time" mahnısını səsləndirib.

TATE MCRAE

Britni Spirs kimi gənc yaşlarından şou-biznesdə görünən və daha əvvəl Spirsin ən böyük ilhamlarından biri olduğunu bildirən Tate Mcrae məşhur müğənnini canlandıra biləcək məşhur adlardan biri ola bilər.

MILLIE BOBBY BROWN

Daha əvvəl Spirs obrazını canlandırmağın ən böyük arzularından biri olduğunu açıqlayan Millie Bobby Brown layihə üçün hər kəsin ağlına gələn adlardan biri idi.

SİDNEY SVINI

Son dövrün yüksələn ulduzlarından biri olan Sidney Svini də Britni Spirs obrazını canlandıracaq məşhurlar arasındadır.

BELLA TORN

Son zamanlar bir çox müstəqil filmləri ilə tanınan Bella Torn görünüşü və sosial şəbəkələrdəki paylaşımlarına görə bəzi pərəstişkarları tərəfindən Spirs rolu üçün irəli sürülüb.

DOVE CAMERON

Disney ulduzu Kemeron aktyorluq, musiqi və rəqs keçmişinə görə Spirs rolu üçün əla namizəddir.

ELLE FANNING

İştirak etdiyi layihələrdə performansı ilə diqqət çəkən Elle Fanninq 2022-ci ildə Halloween üçün Spirs kimi geyinib.

FLORENS PAQ

Son zamanlar "Oppenheimer", "Midsommar" və "Qara Dul" kimi layihələri ilə tanınan Pugh Spirs rolunu üzərinə götürə biləcək adlardan biri kimi siyahıda yer alıb.

GRACE VAN DIEN

Greys Van Dien həm də Spirsin bioqrafik filmində rol ala biləcək potensial aktrisa kimi yetişdirilib.

MADELYN CLINE

Britni Spirs roluna digər namizəd isə "Outer Banks" və "Knives Out" filmlərindəki rolları ilə seçilən Madelyn Klayndır...

# 722 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news