Çəkiliş meydançasında ölən aktyorlar - "Kral ailəsi"nin faciəsi

Çəkiliş meydançasında ölən aktyorlar - "Kral ailəsi"nin faciəsi
calendar 27 iyul 2024
clock 13:00

Geniş ekranlarda izlədiyimiz hər səhnə, hər dialoq və hər duyğu anı arxasında qızğın iş saatları, incə planlaşdırma və aktyorların əvəzsiz əməyi dayanır. Lakin bəzən bu səylər qəfil və acı faciələrlə sonlanır. Filmlərin çəkilişi zamanı baş verən faciələr film sənayesinin parlaqlığının arxasında gizlənən təhlükələrə və təhlükəsizlik qaydalarının vacibliyinə işıq tutur.

Kulis.az çəkiliş meydanında həyatını itirən aktyorları və həmin filmləri təqdim edir.

Brandon Lee - "The Crow" (1993) (Qarğa)


Brandon Lee məşhur döyüş sənətləri ulduzu Brus Linin oğludur. O, Alex Proyas tərəfindən çəkilən "The Crow" filmində baş rolda oynayırdı. Ancaq çəkiliş vaxtı Brandon Li güllə yarası aldı və bir neçə saat sonra xəstəxanada dünyasını dəyişdi. Həmin film tamamlandıqdan sonra Brandon Linin xatirəsinə həsr olundu.

Vic Morrov - "Twilight Zone: The Movie" (1983) (Alatoran Zona: Film)


Vic Morrow və iki uşaq aktyor - Myca Dinh Le və Renee Shin-Yi Chen. Onlar "Twilight Zone: The Movie" filminin çəkilişi zamanı ölüblər. Belə ki, pirotexniki partlayışdan sonra helikopter onların üstünə düüşüb.

Jon-Erik Hexum - "Cover Up" (1984) (Ört-basdır etmək)


Jon-Erik Hexum "Cover Up" serialında baş rolda idi. O, zarafat xatirinə rekvizit silahı başına dayayıb atəş açır... Silahın içində boş güllə olsa da, aktyor ciddi xəsarət alır və bir neçə gün sonra xəstəxanada vəfat edir.

Redd Fox - "The Royal Family" (1991) (Kral ailəsi)



Məşhur komediya aktyoru Redd Foxx "The Royal Family" adlı televiziya serialının çəkilişi zamanı infarkt keçirib. .

Martha Mansfield - "The Warrens of Virginia" (1923) (Virciniya Uorrenləri)



Səssiz film aktrisası Martha Mansfield "The Warrens of Virginia" filminin çəkilişi zamanı geyindiyi kostyumun yanması nəticəsində ağır yanıq xəsarətləri alır. Mansfield növbəti gün xəstəxanada vəfat edir.

# 1150 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news