“Cənubda kino günləri” layihəsi başlayır

“Cənubda kino günləri” layihəsi başlayır
calendar 20 iyun 2022
clock 12:40

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Cənubda kino günləri” layihəsinə start verib.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində son illərdə dövlət sifarişi əsasında və müstəqil şəkildə istehsal olunan bəzi filmlər yerli tamaşaçılara çatdırılacaq. Məqsəd Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarların son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmlərimizi və rejissorlarımızı tanıtmaqdır.

Qeyd edək ki, 2022-ci ilin iyun-iyul aylarında nəzərdə tutulan baxışlar ilk olaraq 25-26 iyun Biləsuvar rayonun Mərkəzi Parkında və Nərimankənd kənd Folklor Evində keçiriləcək.

İki gün ərzində tamaşaçılara “Qırmızı bağ” (rejissor Mirbala Səlimli), “Biləsuvar” (rejissor Elvin Adıgözəl, “Nar bağı” (rejissor İlqar Nəcəf), “Sizə məktub var” (rejissor Məzahir Haşımov), “Titrəmə” (rejissor Amil Amal), “Dan yeli” (rejissor Kamal Yaşar) və “Dəhlizdə” (rejissor Amil Amal) qısametrajlı və tammetrajlı filmlər göstəriləcək. Ardınca baxışlar iyul ayında Lənkəran və Lerik rayonlarında davam etdiriləcək.

“Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılıdır.

# 1569 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news