Çin filmi bu il ən çox gəlir gətirən ekran işi olub

"Çangjin gölü yaxınlığına döyüş"  filmi

"Çangjin gölü yaxınlığına döyüş" filmi

calendar 25 oktyabr 2021
clock 14:50

Çinin "Çangjin gölü yaxınlığına döyüş" müharibə dramı bu il dünyanın ən çox gəlir gətirən filmi olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, sentyabrın sonunda ekranlara çıxan film 828,1 milyon dollar qazanıb.

Filmin gəlirlərinin çox hissəsi əsasən, Çində nümayişindən əldə olunub.

Çen Kayke, Tsui Xark və Dante Lam tərəfindən yaradılan film, 1950-ci ildə Koreya müharibəsi zamanı baş verən bir döyüşdən bəhs edir.

"Çangjin gölü yaxınlığına döyüş" filminin yeganə rəqibi isə yenə də Çində istehsal edilmiş “Salam, ana” komediyası olub. Fevralda premyerası keçirilən film 821 milyon dollar qazanıb.

Pandemiya başlayandan bu yana ən gəlirli Amerika filmi isə “Forsaj 9” olub. Martda ekranlara çıxan döyüş filmi ABŞ və dünyada 716 milyon dollar qazanc əldə edib.

# 5271 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news