Eddi Mörfinin baş rolda oynadığı, 1984-cü ildə çəkilən "Beverli Hillz polisi" filminin dördüncü hissəsi çəkilib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, "Beverli Hillz polisi: Aksel Fouli" filmi artıq Netflix platformasında yayıma girib.
Qeyd edək ki, filmin üçüncü hissəsi maliyyə yığımı cəhətdən uğursuz olduğu üçün layihə 1994-cü ildə dayandırılmışdı. Doxsanıncı illərin sonlarından filmin dördüncü hissəsinin çəkilişləri planlaşdırılsa da, bunu etmək otuz ildən sonra mümkün olub.
- Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?
- "Artıq orqazm olmamaq üçün çəkilişlərə ara verməli oldum" - Aktrisadan etiraf
- Məşhur aktyor evində ölü tapıldı
Filmdə Eddi Mörfi ilə yanaşı, əvvəlki hissələrdə yer alan Cac Reynhold, Con Eşton, Pol Rayzer və Bronson Pinşo kimi aktyorlar da çəkilib.
Qeyd edək ki, bu film rejissor Mark Molloyun ilk tammetrajlı filmidir.