“Hədis” beynəlxalq festivalda qalib seçildi

“Hədis” beynəlxalq festivalda qalib seçildi
calendar 29 yanvar 2024
clock 09:14

“Hədis” qısametrajlı animasiya filmi 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının (PIAFF, Paris International Animation Film Festival) “Tamaşaçı mükafatı”nı (“Audience Award”) qazanıb.

Kulis.az xəbər verir ki, bu barədə filmin prodüseri Rəşid Ağamalıyev məlumat verib.

Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. “Hədis” 38 beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü – Annecy, Busan, Animest və İzmir “Oscar” kvalifikasiyalı festivallardır. Film Türkiyə, Almaniya, İtaliya, Fransa, Qazaxıstan, Gürcüstan, Azərbaycan beynəlxalq kino festivallarında mükafatlar qazanıb.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-ində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub.

Qeyd edək ki, filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir.

# 1086 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news