Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib
calendar 10 may 2024
clock 13:25

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 2023-cü il iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən, yaradılan Apellyasiya Komissiyasına müraciət olunan film layihələri ilə bağlı yekun nəticələr açıqlanıb.

Kulis.az xəbər verir, komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirib. Bununla yanaşı, kommersiya potensialı olan layihələrin 50 faiz və ya daha çox hissəsinə ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin göstərilməsinə qərar verilib.

Aşağıdakı film layihələri Apellyasiya Komissiyasının müsbət rəyini alıb:

“Rakurs Film-Media”, “Mənə bənzər adam” - tammetrajlı bədii

“Karvan production”, “Ağalı” - tammetrajlı bədii

“Rog Vfx Studio”, “Oriondan sevgilərlə” - qısa bədii

“Vətən TV Media Şirkəti”, “Müharibənin gözləri” - qısa sənədli

“Oskar Film”, “Danışır və göstərir Şuşa” - qısa sənədli

“Birlik kinostudiyası”, “Nağıl istəyirəm!” - qısa animasiya

Qeyd edək ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.

Bundan başqa, film layihələri müsabiqəsində qalib gələn istehsalçı şirkətlərə maliyyə vəsaitinin ödənilməsinə başlanılıb.

# 906 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news