"Nargin" filminin çəkilişləri davam edir

"Nargin"  filminin çəkilişləri davam edir
calendar 17 sentyabr 2024
clock 12:10

Rejissorlar Elməddin Alıyev və Xəyyam Abdullazadənin “Nargin” adlı filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi müsabiqədə qalib gələrək 350 min manat dəyərində maliyyə əldə etmək hüququ qazanıb.

Kulis.az xəbər verir ki, filmin ssenarisinə görə hadisələr fotostudiyada başlayır.

Fotoqraf Sona xanım Hacıyevanın fotosunu çəkməyə hazırlaşır və bu vaxt küçədə səs-küy düşür. Sona xanım fotonun çəkilməsini gözləmədən küçəyə çıxır. Bu zaman fotoqraf aparatı işə salır və tüstü ətrafı bürüyür. Kompozisiyada isə boş kətil görünür. Sona xanım həyəcanla limana doğru aparılan türk əsirləri izləyir.

Bu real hadisələr “Nargin” adlı bədii-sənədli filmin süjet xəttini təşkil edir.

Birinci Dünya Savaşı zamanı Sarıqamışda ruslara əsir düşən 10 min türk Xəzərdəki “Nargin” adasına yerləşdirilir. Onların bu adadakı faciəvi həyatı azərbaycanlıları narahat edir. Türk əsirlərin Nargin adasından sistemli şəkildə qaçıranlardan biri də Sona xanım Hacıyevadır. Sona xanım Bakıda yaşayan neft milyonçusu İsrafil Hacıyevin həyat yoldaşı, həmçinin “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin qadın fraksiyasının rəhbəri olub. O, fədakarlıq göstərərək şəxsi hesabına əsirlərə tibbi, ərzaq yardımı göstərib və yüzlərlə əsirin, əsasən də yüksək rütbəli zabitlərin xilas olunmasına nail olub. Ən əsası isə onların adadan qaçırılması əməliyyatlarında şəxsən iştirak edib. Türk əsirləri Nargin düşərgəsindən xilas etdiyi üçün istintaqa cəlb olunub. İstintaq zamanı rus və erməni müstəntiqlər Sona xanımın şəxsi arxivini məhv ediblər.

55 dəqiqəlik tarixi dram “Karvan production” tərəfindən istehsal olunur. Filmin ssenarisi Xəyyam Abdullazadəyə məxsusdur. Operator Aleksey Malinkoviç, rəssam Vüsal Rəhim, qrim rəssamı Adilə Alıyeva, rejissor qrupunun üzvləri Müşfiq Mirzə, Laçın İsmayılzadə, prodüser Elməddin Alıyevdir. Əsas rollarda Günel İmanova, Sənan Əlləz, Aygün Fətullayeva və digər aktyorlar iştirak edirlər.

Filmin çəkilişləri Bakıda, Nargin adasında və ümumiyyətlə Abşeron yarımadasında həyata keçirilir. İlin sonuna qədər hazır olması planlaşdırılan “Nargin” filmi 2025-ci ildə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.

# 560 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news