“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir

“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
calendar 8 iyul 2024
clock 11:27

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyul-oktyabr aylarında təşkil edilən film layihələri müsabiqəsində qalib olmuş layihələrin dövlət dəstəyi ilə istehsalı davam edir.

Kulis.az xəbər verir ki, hazırda müsabiqənin 11 qalib layihəsindən biri olan “Narqız” qısametrajlı animasiya filminin istehsalı davam etdirilir.

“Peri Film” MMC (Animafilm Studio) tərəfindən istehsal olunan filmin quruluşçu rejissoru və quruluşçu rəssamı Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, Nəzrin Ağamalıyeva, redaktorları Rafiq Məmmədli, Gülşən Hüseynova, aparıcı animatoru Firəngiz Bağırova, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssamları Elçin Hami Axundov, Emil Şiran, Kübra Binnətova, Nəzrin Hacıyeva, animatorları Mehriban Əliyeva, Rüstəm Bəşirov, Emil Şiran, istehsalat üzrə əlaqələndiricisi Zərifə Əkbərova, hüquqşünası Emil Gözəlovdur.

Filmin məqsədi işğaldan azad olunmuş ərazilərdə basdırılan mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların, həmçinin böyüklərin nəzərinə çatdırmaqdır.

“Narqız” qısametrajlı animasiya filminin 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.

# 726 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news