“Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edildi

“Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edildi
calendar 26 may 2022
clock 15:58

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Sənədlərin qəbulu iyunun 1–dən 30-dək elektron qaydada [email protected] poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 min, 8 min və 5 min manat məbləğində mükafat veriləcək.

Qaliblərin adları 2022-ci il avqustun 2-də Azərbaycan Kinosu Günündə elan olunacaq.

# 1928 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news