"Rakurs" bülleteninin növbəti sayı çapdan çıxdı

"Rakurs" bülleteninin növbəti sayı çapdan çıxdı
calendar 31 iyul 2024
clock 10:22

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin cari ilin ilk iki rübünü təqdim edən sayı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, bu saydan etibarən, dərginin üz qapağı bülletenin təqdim etdiyi kino təqviminin parlaq hadisəsinə həsr olunacaq. Dərginin 2024-cü ilin birinci yarısını təsvir edən bu sayının üz qapağı “Sanki yoxsan” filminin posteridir. Film, Kann kinofestivalının rəsmi müsabiqə iştirakçısıdır. Filmin Azərbaycan tərəfindən prodüseri Əli-Səttar Quliyev, quruluşçu rejissoru Azər Quliyevdir. Ənənəvi olaraq, bülleten “Azərbaycan Kinematoqrafçılar İttifaqında”, “Respublikada”, “Xaricdə”, “Çəkiliş meydançalarında”, “Festivallar və müsabiqələr”, “Yubilyar filmlər” və s. rubrikalar üzrə informasiyaları təqdim edir. Bülletenin məqsədi, Respublikada və xaricdə gedən kino proseslərinin salnaməsini yaratmaqdır.

Bülletendə AKİ-nin reallaşdırdığı film nümayişləri, maliyyə ayırdığı filmlər, “Şirvanda kino günləri”, “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi müsabiqəsi və s. layihələri haqda məlumatlar yer alıb. Bülleten 2024-cü il 5 mart tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşmə konfransından sonra ilk buraxılışıdır. Konfrans haqda geniş məlumat da bülletendə yer alıb. Kinematoqrafçılarımızın xarici kino platformalarında iştirakı bülletenin əsas mövzularındandır. “Yubilyar filmlər” və “yubilyar sənətçilər” rubrikalarında geniş materiallar yer alıb.

“Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin məsləhətilə çap edilir. Bülletenin nəşrə məsulu, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovdur. “Rakurs” rüblük bülleteninin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanovadır.

# 596 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news