“Squid Game” serialının ikinci sezonu çəkiləcək

Squid Game

Squid Game

calendar 21 yanvar 2022
clock 14:10

“Netflix”in ən çox izlənilən seriallarından biri olan və dünya səviyyəsində geniş izləyici kütləsinə sahib “Squid Game” serialının ikinci sezonu rəsmi olaraq təsdiqlənib.

Kulis.az xəbər verir ki, tamaşaçıların “Netflix”in indiyə qədərki ən populyar serialının ikinci mövsümünün davamı barədə suallarına “bunu əminliklə deyə bilərəm. Qarşıda daha çox həyəcanverici bölümlər görəcəksiniz. “Squid Game” kainatı hələ təzəcə başlayıb”,- deyə “Netflix”in baş icraçı direktoru Ted Sarandos bildirib.

Cənubi koreyalı rejissor və ssenarist Hvang Dong-hyukun çəkdiyi ekran əsəri bir dram serialıdır. Filmin konsepsiyasına görə, ailəsindən ayrılmış, borclu bir sürücü olan Seung Gi-hun böyük pul mükafatı qazanmaq üçün bir sıra uşaq oyunları oynamağa dəvət olunur. Təklifi qəbul edərək naməlum bir yerə aparılır və bir-birinə oxşar böyük borcları olan 455 digər oyunçu arasında özünü tapır. Oyunçular qırmızı kombinezonlu maskalı mühafizəçilər tərəfindən hər zaman nəzarət altında saxlanılır. Oyunçular tezliklə bu oyunlarda məğlubiyyətin ölümlə nəticələndiyini kəşf edirlər.

# 1968 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news