Taleh Yüzbəyov "Bəlkə də" filmini çəkməyə başladı

Taleh Yüzbəyov "Bəlkə də" filmini çəkməyə başladı
calendar 16 oktyabr 2024
clock 10:02

Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov “Bəlkə də” adlı yeni qısametrajlı bədii filminin çəkilişlərinə start verib. Elmi fantastik, mistik, tragikomediya janrında çəkiləcək ekran əsərinin 2024-cü ilin noyabr ayında nümayişi planlaşdırılır.

Kulis.az xəbər verir ki, rejissor hələ ki, yayımı Youtube platforması üzərindən nəzərdə tutulan filmin kinoteatrlarda da nümayişinin müzakirə müstəvisində olduğunu bildirir. “ART Bakers” və “Yüz prodakşn”ın birgə istehsalı olan filmin xronometrajının 40 dəqiqə, tamaşaçı auditoriyasının isə 6+ yaş həddində olacağı nəzərdə tutulub.

Filmin mövzusuna əsasən keçmişdəki səhvlərini düzəltmək üçün zaman maşını yaradan ixtiraçı qeyri-adi bir vəziyyətlə qarşılaşır. Belə ki, bir gün onun evinə həyata qayıtmaq istəyən ruhlar axın etməyə başlayır…

Onu da qeyd edək ki, “Bəlkə də”nin rejissoru və ssenari müəllifi Taleh Yüzbəyovdur. Filmin prodüserliyini Taleh Yüzbəyovla Nicat Muxtarov, quruluşçu operatorluğunu İman İmanov, quruluşçu rəssamlığını Səbuhi Atababayev, səs rejissorluğunu isə Xan reallaşdıracaq. Rolları Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə, Azər Aydəmir, Kamran Ağabalayev və Əlixan Rəcəbov canlandıracaqlar.

# 561 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news