“Şivamma” filmi İvanovoda keçirilən Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” kinofestivalının Qran-prisini qazanıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ümumilikdə tədbirdə 9 mindən çox tamaşaçı iştirak edib. Festivalda dünyanın 12 ölkəsindən filmlər nümayiş olunub.
Festivalın qalibi olan “Şivamma” filminin rejissoru hindistanlı Cayşankar Aryardır.
Resenziyada “Fremont” filmini təqdim edən ABŞ-dən olan Babək Cəlali ən yaxşı rejissor seçilib.
- Dinəndə dilim yandı - Qənbər Ağayev
- Hikmət Rəhimov əməliyyat olundu
- "Qarət üçbucağı", dəhşətli istilər, vulkanlar... - Dünyanın ən təhlükəli 5 yeri
Münsiflər heyətinin xüsusi mükafatı gürcü rejissoru Levan Koquaşviliyə, xüsusi mükafat Yevgeni Tsımbala, Aleksandr Kaydanovski mükafatı isə Yuri Bıkova verilib.
Festivalın bağlanış filmi 2023-cü ildə Kann Film Festivalının qalibi seçilmiş Castin Tritin “Payız anatomiyası” filmi olub.