Tənhalıqla çay arasında əlaqə... - Həftənin filmləri

Tənhalıqla çay arasında əlaqə... - Həftənin filmləri
calendar 21 may 2024
clock 17:00

Bu gün Beynəlxalq Çay Günüdür.

Beynəlxalq Çay Günü çayın tarixi, mədəni və iqtisadi əhəmiyyəti haqqında məlumat məqsədi daşıyır.

Kulis.az kinosevərlər üçün çayla bağlı 5 filmi təqdim edir.

"Çayın dadı" (2004)

Yapon rejissoru və yazıçısı Katsuhito İşiinin 2004-cü ildə çəkdiyi film kənddə yaşayan Haruno ailəsinin hekayəsindən bəhs edir. Filmdə Haruno ailəsinin hər anını çay müşayiət edir.

Əsas rollarda: Maya Banno, Takahiro Sato və Tadanobu Asano.

Çay həvəskarları bu fərqli filmdən zövq alacaqlar.

The Taste of Tea (2004) - IMDb

"Hamısı bu çayda" (2007)

Li Blank və Cian Leybrextin çəkdiyi sənədli film.

1990-cı illərdə Devid Li Hoffman ən yaxşı çayı tapmaq üçün Çinə səyahət edir.

Əsas rollarda: Devid Li Hoffman, Sonq Difenq və Verner Herzoq.

All in This Tea (2006) - IMDb


"Mussolini ilə çay" (1999)

Franko Zeffirellinin 1999-cu ildə Con Mortimerin ssenarisi əsasında çəkdiyi yarı avtobioqrafik filmdir. Film İkinci Dünya müharibəsindən əvvəl və müharibə zamanı bir qrup ingilis və amerikan qadının əhatəsində yetişən gənc italyan oğlanın həyatından bəhs edir. Hekayədə İtaliyada bəzi elit qadınlar günortadan sonra çay süfrəsində toplaşırlar. Onlar söhbət edib çay içir, siyasi müzakirə edirlər.

Əsas rollarda: Meqqi Smit, Cudi Denç və Coan Plourayt.

Tea with Mussolini (1999) - IMDb

"Yozqat bluz" (2013)

Mahmut Fazıl Çoşkunun çəkdiyi film kəndlilərin yaşadıqları dəyişikliklərdən və bunun nəticəsində yaranan dərin emosional çöküşdən bəhs edir. Tənhalıqla çay arasında əlaqə...

Əsas rollarda: Ercan Kesal, Ayça Damqaci, Tansu Biçer.


"Sığınmaq üçün səma" (1990)

Baş rollarını Debra Uinqer və Con Malkoviçin oynadığı filmin rejissoru Bernardo Bertoluççidir. Film Pol Boulzun 1949-cu ildə yazdığı eyniadlı romanı əsasında ekranlaşdırılıb. Əsər ayrılıq təhlükəsi yaşayan cütlüyün Şimali Afrikaya səyahətindən bəhs edir.

Film birbaşa çaydan bəhs etməsə də, filmin sonuna doğru bir bədəvi Debra Uinqerə çay verir.

Əsas rollarda: Debra Uinqer, Con Malkoviç və Kempbel Skot.

The Sheltering Sky (1990) - IMDb

# 1687 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news