“Tərsinə addımlayan kölgələr” - Yeni film

“Tərsinə addımlayan kölgələr” - Yeni film
calendar 27 may 2024
clock 09:38

Kinotənqidçi Hacı Səfərov bu dəfə kamera arxasına keçib.

Kulis.az xəbər verir ki, o, Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında yazdığı ssenarini ekranlaşdırmaq qərarına gəlib.

Hacı Səfərovun debüt filmi dram janrındadır. İllər sonra türmədən çıxan Hüseyn həyat yoldaşı Gülşadı görüşmək üçün çağırır. Gülşad illər sonra sevdiyi insana qovuşacağı üçün ümidlidir. Üstəlik o, bəzi cavabsız qalan suallara da məntiqli bir açıqlama gözləyir. Hüseynin onunla görüşlərə niyə çıxmadığını, cinayəti edib-etmədiyini öyrənmək istəyir. Hüseynin də görüşləri barədə öz planı var. Onlar öz keçmişləri ilə üzləşmək üçün yalnızca bir girişi olan hər kəsdən və hər şeydən uzaqda olan mağaraya girirlər.

Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.

Qeyd edək ki, Azərbaycan Kinmatoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi göstəribb.

YARADICI HEYƏT:

İl: 2024

İstehsalçı: Chinar Film

Müddət: 25 dəqiqə

Janr: dram

Rejissor: Hacı Səfərov

Ssenari müəllifi: Hacı Səfərov

Operator: Elvin Məmməd

Rəssam: Bahar Dəmir

Bəstəkar: Nigar Süleyman

Montajmı: Mirzəli Əlizadə

İkinci rejissor: Vəfa Fətullayeva

Xətt prodüseri: Ülviyyə Məmmədova

Prodüserlər: Emil Nəcəfov, Hacı Səfərov, Türkan Hüseyn

# 1107 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news