Türkiyə şirkətləri kino sənayemizə sərmayə qoyur? -AÇIQLAMA

Türkiyə şirkətləri kino sənayemizə sərmayə qoyur? -AÇIQLAMA
calendar 29 mart 2024
clock 09:01

Kino Agentliyi ilə Türkiyənin tanınmış film şirkətləri arasında memorandum imzalanıb.

Kulis.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında olan kino platforması çərçivəsində Azərbaycan Respublikasının Kino Agentliyi ilə qardaş Türkiyənin tanınmış film şirkətləri olan ”Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən yaxın vaxtlarda Qızıl qatarı (Altun tren) adlı Azərbaycan və Türkiyə bazarlarına çıxacaq birgə filmin istehsalı nəzərdə tutulur. Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üç tərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu Türkiyə tərəfdən isə “Skala Film” şirkətinin idarə heyətinin sədri İsmayıl Bəyazid imzalayıb.

Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas sujet xəttini təşkil edir.

Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə sərmayə qoyur. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması öz əksini tapmışdır.

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news