Türkiyəli aktrisa şiddətin artmasına serialların səbəb olduğunu dedi

Türkiyəli aktrisa şiddətin artmasına serialların səbəb olduğunu dedi
calendar 8 oktyabr 2024
clock 17:24

Türkiyəli aktrisa Aydan Şener son günlər Türkiyədə artan qadına qarşı şiddətə diqqət çəkib.

Kulis.az xəbər verir ki, aktrisa bunda serialları günahkar tutub.

"İndiki seriallar "Yeşilçam"dan çox fərqlidir. Vaxtları çox uzundur və bu da iş qrafikini çətinləşdirir. Ən sevmədiyim cəhəti isə seriallarda həddindən artıq qışqırıqların olmasıdır. Şiddətin artmasında serialların rolu çoxdur. Bütün bu baş verənləri lənətləyirəm. Bu ölkədə nə olursa, qadınlara, uşaqlara və heyvanlara olur. Cəzalar və qanunlar qəbul edilsin".

Xatırladaq ki, oktyabrın 5-də İstanbulda psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.

Bundan əvvəl 8 yaşlı Narin Güran Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılıb. Narin Güranın cinayətində saxlanılanlar arasında azyaşlının anası, qardaşı və əmiləri də var.

# 678 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news