VIII DokuBaku Beynəlxalq Filmlər Festivalının açılışı baş tutdu

VIII DokuBaku Beynəlxalq Filmlər Festivalının açılışı baş tutdu
calendar 3 oktyabr 2024
clock 16:39

Oktyabrın 2-də “Baku Cinema Breeze” layihəsi çərçivəsində “Heydər Əliyev Mərkəzi”ndə VIII DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının təntənəli açılışı baş tutub.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı, AR Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə keçirilən festival bu il, “Mən kosmosam” (İCOSMOS) mövzusuna həsr olunub.

Festivalın təsisçisi və direktoru, rejissor İmaməddin Həsənov hər bir insanın bir kosmos olduğu fikrini əsas götürdüklərini, reallaşdırılmış və ya təxirə salınmış seçimlərin insanın taleyindəki rolunu araşdıran filmlərə üstünlük verdiklərini bildirib:

“Festivalımız “mən” məfhumunu bizi əhatə edən kosmik enerjilərlə qovuşdurur. Biz, kosmosla “Mən” arasında simbioz əlaqə olduğunu, qədim “həm yuxarıda, həm aşağıda” ideyasını qəbul edirik və makrokosmosla (kainat) mikrokosmosun (fərdi insanlar) qarşılıqlı əlaqəsini vurğulayırıq”.

Builki festivalda ənənəvi “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı yerli sənədli film” kateqoriyaları, “Müsabiqədənkənar sənədli filmlər” bölmələrindən əlavə, yeni “Doku-uşaqlar” kateqoriyası da təsis olunub. Uşaqlara və yeniyetmələrə ünvanlanmış bu kateqoriyada Türkiyə, İsrail, İsveçrə kimi ölkələrdə istehsal olunmuş əyləncəli və maarifləndirici sənədli filmlər nümayiş olunacaq. Festivalın müsabiqə kateqoriyaları üzrə qalibləri, məşhur polşalı rejissor Pavel Lozinski, tacik kinotənqidçisi Şarofat Arabova, serbiyalı prodüser və sənət tarixçisi Mara Peohaska Markoviç, rumıniyalı kinotənqidçi Alin Ludu Dumbrava, azərbaycanlı ssenarist və yazıçı Nərgiz Bağırzadə, Tbilisi Müasir Rəqs Festivalının direktoru Tamuna Qurçiani, Sovet və Rusiya bədii və sənədli filmlər rejissoru, tarixçi, ssenarist Yevgeni Tsımbal, azərbaycanlı rejissor və prodüser Seyran Mahmudoğlu, azərbaycanlı rejissor, və prodüser AKİ katibi Oleq Səfərəliyev və başqa peşəkarlar müəyyənləşdirəcəklər.

Ümumilikdə 35-ə yaxın ölkədən 80-ə yaxın tammetrajlı və qısametrajlı sənədli filmin nümayişi “Nizami” Kino Mərkəzi, “YARAT” incəsənət mərkəzi, Rəngkarlıq muzeyi, Landmark Cineclub, Kapellhaus, Yay Gallery Rooftop kimi məkanlarda baş tutacaq.

Xatırladaq ki, VIII DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı oktyabrın 7-nə qədər davam edəcək və nümayişlərə giriş sərbəstdir. Festivalın nümayiş proqramları festivalın feysbuk və instaqram səhifələrində gündəlik yayımlanır.

# 599 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news