“Ölülər”in Şəki uğuru

“Ölülər”in Şəki uğuru
calendar 16 sentyabr 2016
clock 10:02

Akademik Milli Dram Teatrının kollektivi II Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, sentyabrın 15-də başlayan “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrının repertuarında olan “Ölülər” tamaşası nümayiş olunub.

Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətovdur.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Elşən Rüstəmov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Hicran Nəsirova, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, Aslan Şirin, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Mətləb Abdullayev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova canlandırır.

Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyə təqdim olunub.

# 1068 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news