Rejissor Kannda filmindən danışıb ağladı

Rejissor Kannda filmindən danışıb ağladı
calendar 16 may 2014
clock 13:18

67-ci Kann festivalının əsas müsabiqəsi müasir ingilis kinosunun görkəmli nümayəndələrindən biri Mayk Linin “Uilyam Terner” adlı lirik epik filmi ilə başlayıb. Bioqrafik filmdə rejissor ingilis rəssamı Uilyam Ternerin həyatının son 25 ilini nəql edir.

“Terner incəsənətdə inqilab eləyib, eyni zamanda monoton həyat sürüb. Terner ekssentrik, eyni zamanda həssas adam olub, səxavəti ilə fərqlənib” - rejissor bu sözləri Kannda mətbuat konfransında deyib.

Rejissor deyir ki, material üzərində işləyəndə onun şəxsiyyətinə heyran olub.

Filmdə baş rolu ingilis aktyoru Timoti Spoll oynayıb. Mayk Li artıq 6-cı dəfədir ki, Kannda iştirak edir.

Onun “Sirlər və yalan” filmi 1996-cı ildə “Qızıl palma budağı”na layiq görülüb.

Tənqidçilərin fikrincə, film əsas mükafatlardan birini ala bilər.

Əsas müsabiqə çərçivəsində göstərilən ikinci film isə mavritanyalı rejissor Abderrahman Sissakonun “Timbuktu” filmi olub.

Real hadisələr əsasında çəkilən film 2012-ci ildə Mali şəhəri Timbuktunu edən islamçı qruplaşmaların işğalından bəhs edir.

“Mən göstərmək istəmişəm ki, hər şeyin-musiqinin, futbolun, kinonun qadağan olunduğu rejimdə insanlar necə yaşayır. Mübarizə aparan adamlar əsl cəsarət göstərirlər. Bu, insanlığın zorakılığa qarşı mübarizəsidir”.

Filmdən danışan rejissor mətbuat konfransında ağlayıb: ”Dünyanın faciələrə qarşı laqeydliyi və onları görməməyi dəhşətdir. Amma bununla belə filmim nikbindir”.

Filmin heyrətamiz səhnələrindən biri gənclərin futbolu topsuz oynamasıdır. Bununla belə onların hərəkətləri o qədər təbii və dəqiqdir ki, bu, onları müşahidə edən əxlaq polisini də çaşdırır.

Bu gün isə Kanadalı rejissor Atom Eqoyanın “Gecənin kraliçası” və Nuri Bilge Ceylanin “Qış yuxusu” filmi nümayiş olunacaq.

Ekspertlərin fikrincə, Ceylanın filmi ən yüksək mükafata layiqdir.

# 2590 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news