“Maşa və Ayı” Azdramada

“Maşa və Ayı” Azdramada
calendar 27 mart 2013
clock 10:37

Dünyaca məşhur «Maşa və ayı» cizgi filmi əsasında hazırlanmış tamaşa Akademik Milli dram teatrında nümayiş olunacaq. Teatrdan Kulis.az-a verilən məlumata görə “Multi-Pulti dünyası” teatrı “Maşa və ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Hazırda nümayiş olunan seriya “Arzular çin olur” adlanır.


Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük müvəffəqiyyətlə realizə olunub.

Bakıda nümayiş olunacaq tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün hazırlanıb və Novruz bayramına həsr olunub.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur rersonayı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqındaməlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını öyrədir. Onlar birlikdə raxlava bişirir, yumurta boyayır, əylənirlər.
Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edir. Tamaşanın quruluşçu reyissoru Qoça Kviça, Rolları Niko Kakabadze, Tamuna Bedianaşvili, Maka Tsintsadze, Amiran Buidze, Elnur Əliyev və Toğrul Kamalov ifa edirlər. Tamaşa Azərbaycan dilində oynanılır. Maşa rolunu Əməkdar artist Məsmə Aslanqızı, Ayını Elnar Qarayev, Canavarı Hikmət Rəhimov, Şaxta babanı Toğrul Kamalov, Cırtdanı Elnur Əliyev səsləndirir.

Tamaşa 28 və 29 mart tarixində gündə üç seansda (13.00, 15.00, 17.00) nümayiş etdiriləcək.

# 4659 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news