Məşhur aktyoru infarkt vurdu

Məşhur aktyoru infarkt vurdu
calendar 14 yanvar 2015
clock 11:19

Azərbaycanın əməkdar artisti, kinoaktyor Eldəniz Rəsulov infarkt keçirib.

Bu barədə "Report"a o, özü məlumat verib.

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilən aktyorun vəziyyəti hazırda stabildir.

E.Rəsulov xəstəxanadan evə yazılıb: "Yanvarın 6-da ürəyimin sıxıldığını hiss etdim. Sanki havam çatmırdı. Dərhal həkimə müraciət etdim. Müayinədən sonra məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım. Hazırda evdəyəm. İndi özümü yaxşı hiss edirəm. Həkimlər hələlik işə çıxmağa icazə vermirlər. Müalicəm ev şəraitində davam edir. Dərmanlarımı qəbul edirəm. Həkimlər siqaret çəkməyi qadağan ediblər. Dözmək çətin olsa da, səbir edirəm."

Qeyd edək ki, Eldəniz Rəsulov 1952-ci ildə Bakıda yazıçı-dramaturq Qeybulla Rəsulovun ailəsində dünyaya gəlib. 1971-ci ildən bədii filmlərə çəkilən Eldəniz Rəsulov tamaşaçılara "Babək", "Gümüşgöl əfsanəsi", "Təhminə", "Ovsunçu" və s. filmlərdən tanışdır.

Əməkdar artist Eldəniz Rəsulov uzun illərdir Azərbaycan televiziyasının dublyaj redaksiyasında fəaliyyət göstərir.

# 1106 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news