Milli Kino Günü qeyd ediləcək

Milli Kino Günü qeyd ediləcək
calendar 30 iyul 2016
clock 10:05

Avqustun 2-də saat 18-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli mərasim keçiriləcək.

Kulis.Azın azerbaijanfilm.az saytına istinadən verdiyi xəbərə görə, Milli Kino Günündə dörd gənc rejissorun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı qısametrajlı filmlərdən ibarət “40-cı paraleldə” kinoalmanaxının təqdimatı baş olacaq.

Kinoalmanaxa “Postskriptum” , “Onun atası”, “Hədiyyə” və “Qara bağ” filmləri daxildir.

“Postskriptum” filminin quruluşçu rejissoru Emin Mirabdullayev, ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Səid Qəni, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə baş rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat canlandırırlar.

“Onun atası” filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

“Hədiyyə” filminin quruluşçu rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı canlandırırlar.

“Qara bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərovdur. Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov canlandırırlar.

Xatırladaq ki, kino günü münasibəti ilə bir qrup kino işçisinə fəxri adlar da verilib.

# 1080 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news