”Qızıl qlobus”ın qalibləri məlum olub

”Qızıl qlobus”ın qalibləri məlum olub
calendar 12 yanvar 2015
clock 11:49

"Qızıl qlobus”un qalibləri məlum olub.

Kulis.az-ın verdiyi məlumata görə "Ən yaxşı dramatik film” nominasiyasında əsas mükafatı Riçard Linkleyterin “Yeniyetməlik” filmi alıb.

Filmdən başqa Riçard Linleyter özü “ən yaxşı rejissor işinə görə” mükafatlandırılıb.

“Ən yaxşı dramatik aktrisa” nominasiyasında mükafat Culiyanna Mura “Hələ də Elis” filmindəki roluna görə təqdim olunub. “Ən yaxşı dramatik aktyor” nominasiyasına Eddi Redmeyn“Stiven Xoqinqin kainatı” filmindəki roluna görə layiq görülüb.

“Berdmen” filmindəki roluna görə, Maykl Kiton “Ən yaxşı komediya aktyoru” kimi mükafatlandırılıb.

Bu filmin ssenari müəllifləri – Aleksandro Qonsales İnyarittu, Nikolas Ciakobone və Aleksandr Dinelaris də mükafat qazanıb.

“Ən yaxşı komediya aktrisası” nominasiyası “Iri gözlər” filmindəki oyununa görə Emi Adamsa verilib.

Ən yaxşı komediya filmi nominasiyasında “Otel Qrand Budapeşt”qalib olub.

A.Zvyaqintsevin “Leviafan” filmi “Əcnəbi dildə ən yaxşı film” nominasiyası üzrə mükafatlandırılıb.

Ikinci planda ən yaxşı aktyorlar – Patrissiya Akret (“Yeniyetməlik” filmi) və Cey Key Sommons (“Mübtəlalıq”) hesab olunub.

“Ən yaxşı animasiya filmi” nominasiyasının qalibi “Əjdahanı necə təltif etməli-2”-dir.

Dramatik serialdakı ən yaxşı kişi roluna görə, aktyor Kevin Speysi də mükafatlandırılıb.

“Qızıl qlobus” illik mükafatı 1944 cü ildən Beynəlxalq Mətbuat Assosiasiyası tərəfindən təqdim olunur. Beynəlxalq Mətbuat Assosiasiyasına Hollivudda işləyən 90 beynəlxalq jurnalist daxildir. “Qızıl qlobus” əhəmiyyətinə görə “Oskar”dan sonra ikinci böyük mükafat sayılır.

# 1584 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news