Aktyor Conni Depp “Karib dənizinin quldurları-5” filminin çəkilişləri zamanı əlindən zədə alıb. “Kulis”in Aif.ru-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən bazar günü baş verib.
Aktyorun sağalması üçün cərrahiyyə əməliyyatı etmək lazım gələcək. Bundan ötrü o, çəkilişlərin aparıldığı Avstraliyadan ABŞ-a qayıtmalıdır.
Xatırladaq ki, Disney studiyası fevralda Avstraliyada “Karib dənizinin quldurları” filminin “Ölülər nağıl danışmır” adlanan beşinci hissəsinin çəkilişlərinə başladığını elan edib.
- Ehtiram Hüseynov konservatoriyadakı işindən çıxdı
- Mədəniyyət Nazirliyi tələbə filmlərinin istehsalına dəstək göstərəcək
- “Mütaliə ruhu” adlı Respublika yaradıcılıq müsabiqəsi elan olundu
Bu hissədə Conni Depp yenə də Sərçə Cek rolunu oynayacaq. Bu hissədə Cek üçdişli Poseydonun axtarışlarına yollanır. Xavyer Bardemin oynadığı kapitan Salazar isə ona qarşı çıxır.
Filmin rejissorları İoahim Ronninq və Espen Sandberqdir. Şirkətin planına görə, filmin premyerası 7 iyul 2017-ci ildə keçiriləcək.