ƏSA Teatrı Parisi partladacaq

ƏSA Teatrı Parisi partladacaq
calendar 22 may 2018
clock 12:45

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı tezliklə yeni premyerasını təqdim edəcək.

Teatrdan Kulis.aza verilən məlumata görə, hazırda yeni tamaşanın məşqləri davam edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə yeni premyerası ilə töhfə verməyi düşünən ƏSA Teatrı yerli dramaturgiyanın ən parlaq əsərlərindən birinə müraciət edib.

Teatrın baş meneceri Nicat Qulam bildirib ki, təkcə Azərbaycanın deyil, bütün türk-müsəlman dramaturgiyasının banisi, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında “Paris partladı” tamaşası teatrsevərlər üçün maraqlı quruluşda hazırlanır. ƏSA Teatrı tamaşanın premyerasını həm də görkəmli dramaturqun yubileyi ərəfəsində təqdim etməklə, Şərqin Molyeri hesab olunan M.F.Axundazadəyə ehtiramını bildirir.

Qeyd edək ki, yarandığı vaxtdan yalnız dünya ədəbiyyatının parlaq əsərlərini səhnələşdirən ƏSA Teatrı ilk dəfə yerli dramaturgiyaya müraciət edib. Tamaşanın bədii rəhbəri Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, quruluşçu rejissoru Elşən Əsgərov, multi-media meneceri Elxan Xanəlizadədir.

# 1242 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news