Konçalovski Kanna etiraz etdi: "Bunu ancaq kor görməz!"

Konçalovski Kanna etiraz etdi: "Bunu ancaq kor görməz!"
calendar 29 may 2019
clock 16:17

Rusiyalı rejissor Andrey Konçalovski Kann və Berlin kinofestivallarındakı yeni qaydalardan hiddətlənib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Konçalovskini Berlin və Kann kinofestivalında yeni qaydaların tətbiq olunmasını şərh edib.

Onun sözlərinə görə, Kann və Berlin kinofestivalı “gender bərabərliyi haqda” xüsusi memorandum imzalayıb və bu sənədə əsasən müsabiqədə iştirak edən qadın və kişilərin sayı eyni olmalıdır.

“Bundan absurd nəsə təsəvvür edə bilmirəm! Bu, Avropanın qürubundan xəbər verir. Yəqin növbəti addım seksual azlıqların və məhdud imkanlıların iştirakının mütləqliyi olar!” - deyə, Konçalovski söyləyib.

Rejissor 2019-cu ildə Kann kinofestivalında iştirak edən qadın rejissorların iki zəif işini də qeyd edib və bunlara aşağıdakı fikirləri əlavə edib:

“Ancaq kor görə bilməz ki, dünyada kişi rejissorlar çoxdur. Eləcə də dirijorlar və trombonçalanlar kimi. Bu, fiziologiyanın işidir” – deyə Konçalovskiy izah edib.

Xatırladaq ki, bu ilki Kann festivalı rejissor Aqnes Vardanın xatirsəinə həsr olunmuşdu. Xanım rejissorun fotosu festivalın rəsmi posterində əks olunmuşdu. Bundan başqa festivalın Qran Pri mükafatı fransız rejissor Mati Diopa təqdim olunmaqla, daha üç qadın rejissor əsas müsabiqə proqramında mükafatlandırılıb.

# 2385 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news