"Oskar"a namizədlər açıqlandı

"Oskar"a namizədlər açıqlandı
calendar 12 noyabr 2019
clock 15:00

Mafiya ilə əlaqə quran və killer olan yük maşını sürücüsündən bəhs edən “İrlandiyalı” (The Irishman, 2019) dramı “Ən yaxşı” film nominasiyasında Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatına əsas namizədlərdən biridir.

“Variety” jurnalının proqnozuna əsasən, irlandiyalı rolunu ifa edən Robert De Niro “Ən yaxşı birinci plan aktyoru”, bu filmdə rol alan Al Paçino isə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyalarına iddia edə bilərlər.

“Oskar” mükafatına mümkün namizədlər arasında, həmçinin rejissor Noa Baumbakın teatr rejissoru və onun aktrisa həyat yoldaşının əzablı boşanmasından bəhs edən “Nikah hekayəsi” (Marriage Story, 2019) dramı, rejissor Kventin Tarantinonun 1960-cı illərin Hollivudundan bəhs edən “Bir dəfə... Hollivudda” (Once Upon a Time... in Hollywood, 2019) dramı, həmçinin rejissor Qreta Herviqin ABŞ-da Vətəndaş müharibəsi illərində yaşayan dörd bacıdan bəhs edən “Kiçik qadınlar” (Little Women, 2019) filmi və rejissor Todd Fillipsin super-qəhrəman Betmenin əsas düşməni – “Coker” haqqında filmi (Joker, 2019) də var.

Jurnalın proqnozuna əsasən, Marin Skorseze (“İrlandiyalı”), Noa Baumbak (“Nikah hekayəsi”), Qreta Herviq (“Kiçik qadınlar”), Kventin Tarantino (“Bir dəfə... Hollivudda”), “Ağrı və şöhrət” (Pain and Glory, 2019) filminə görə Pedro Almodovar və Hitler ordusuna xidmətdən imtina etdiyi üçün edam edilən avstriyalı barədə “Məxfi həyat” (A Hidden Life, 2019) filminə görə Terrens Malik “Ən yaxşı rejissor” nominasiyası uğrunda mübarizə apara bilərlər.

Qeyd edək ki, Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatı nominantlarının irəli sürülməsi üzrə rəsmi səsvermə 2020-ci il yanvarın 2-də başlayacaq və yanvarın 7-də başa çatacaq. Yanvarın 13-də nominantların adları açıqlanacaq, laureatların müəyyən olunması üzrə yekun səsvermə isə yanvarın 30-dan fevral ayının 4-dək davam edəcək. /azertag.az/

# 2285 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news