Azərbaycanlı rejissor vəfat etdi

Azərbaycanlı rejissor vəfat etdi
calendar 14 avqust 2017
clock 12:03

Azərbaycan Respublikasının Əməkdar Artisti Mərdan Feyzullayev vəfat edib.

Kulis.az-ın rejissorun dostu, aktyor Şirzad Pirallahidən aldığı xəbərə görə, Mərdan Feyzullayev dünən 59 yaşında Moskva şəhərində vəfat edib. Pirallahinin sözlərinə görə, Mərdan Feyzullayev xəstə deyilmiş, Moskvanın baş rejissor işlədiyi "Jar Ptitsa" teatrından məşqdən çıxıb evə gedib və axşam qəfil halı pisləşib.

Bu gün saat 12-də işlədiyi teatrda Mərdan Feyzullayevlə vida mərasimi keçiriləcək. Daha sonra rejissorun cənazəsi Azərbaycana gətiriləcək.

Mərdan Əhmədiyyə oğlu Feyzullayev 3 fevral 1959-cu ildə Şəkinin Kiş kəndində anadan olub.

1973-cü ildən məktəbin dram dərnəyində həvəskar aktyor kimi çıxışlar edib. Kənd orta məktəbini bitirərək Şəki Dövlət Dram Teatrının yardımçı heyətində aktyor kimi çalışıb. 1977 – 1979-cu illərdə hərbi xidmətdə olmuş, 1979 – 1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almış və təyinatla Şəki teatrına göndərilmişdir. 1984 – 1989-cu illərdə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin rejissorluq fakültəsində təhsil almışdır.

Mərdan Feyzullayev 1989 – 1994-cü illərdə Şəki teatrının baş rejissoru işləmişdir. Şəki Dövlət Dram Teatrında 30-dan artıq tamaşaya quruluş vermiş Mərdan Feyzullayev son dəfə 2016-cı ildə S.Vurğunun “Vaqif” pyesini tamaşaya qoymuşdur.

2011-ci il iyul ayının 4-də Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur.

Mərdan Feyzullayev 1994-cü ildən Moskvada yaşayıb, Moskva Komediya Teatrında, R.Simonov adına Moskva Dram Teatrında və «Səməndər quşu» Kukla Teatrında rejissor işləmişdir. 2009-cu ildə işlədiyi teatrın nəzdində «Dərviş» Azərbaycan teatrı açmış və bu teatrda Mirzə Fətəli Axundzadənin «Lənkəran xanının vəziri», Elçinin «Şekspir», Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan», Bəxtiyar Vahabzadənin «Gülüstan» (monotamaşa), «Leyli və Məcnun» (Nizami Gəncəvinin və Məhəmməd Füzulinin eyniadlı poemaları əsasında) əsərlərini tamaşaya hazırlamış, həmçinin bu tamaşaları Rusiyanın vilayətlərində də tamaşaçılara təqdim etmişdir.

Mərdan Feyzullayev 2010-cu ildə Rusiya Federasiyasının «Vətən qarşısında xidmətlərinə görə» medalına layiq görülmüşdür.

# 1196 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news