Yeni teatr mövsümünün açılışı oldu

Yeni teatr mövsümünün açılışı oldu
calendar 11 mart 2014
clock 10:45

Martın 10-da Musiqili Komediya Teatrında Azərbaycan teatrının yeni mövsümünün açılışı olub. APA-nın məlumatına görə, tədbirdə respublikanın mədəniyyət xadimləri, aktyorlar, millət vəkilləri, həmçinin mədəniyyət və turizm naziri Əbülfəz Qarayev iştirak edib.

Əvvəlcə Ə. Qarayev təmir olunmuş Musiqili Komediya Teatrının binası və foyedəki sərgi ilə tanış olub.

Daha sonra tədbirə qatılan nazir çıxış edərək bildirib ki, bu ildən dövlət başçısının sərəncamı ilə 10 mart Azərbaycan Teatr işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlayıb. Hazırda respublikada 30-dək teatrın olduğunu deyən Ə. Qarayevin sözlərinə görə, son 7 ildə Azərbaycan teatrında çalışan 300-dən çox şəxs müxtəlif fəxri adlara, o cümlədən 272 nəfər “Xalq artisti” adına layiq görülüb. Teatrlarda son 10 ildə 900-dən artıq tamaşa qoyulub. Teatrların maddi-texniki bazası gücləndirilib.

Sonra nazir prezidentin sərəncamı ilə təltif olunan mədəniyyət işçilərinə mükafatları, həmçinin mədəniyyət və turizm nazirinin əmri ilə təltif olunmuş bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyinin fəxri döş nişanlarını təqdim edib.

Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov teatr işçilərini peşə bayramı münasibəti ilə təbrik edib. Bir qrup teatr xadiminə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı təqdim olunub.

Tədbir Musiqili Komediya Teatrının açılışına həsr olunmuş “Bu bizik” tamaşasının nümayişi ilə davam edib.

# 1380 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news