Afaq Bəşirqızının BANKİR ADAXLISI

Afaq Bəşirqızının BANKİR ADAXLISI
calendar 8 may 2014
clock 12:52

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşası bərpa edilir.

Kulis.az-ın məlumatına görə, dörd illik fasilədən sonra “Bankir adaxlı” tamaşasının ikinci bərpa işi xalq artisti Afaq Bəşirqızına həvalə olunub.

Aktrisa “Bankir adaxlı”nın bərpasənə tamaşaçı tələbatı ilə əlaqələndirir: “Bankir adaxlı” tamaşası vaxtilə teatrın ən çox sevilən, anşlaqla keçən, seyrçi korluğu çəkməyən quruluşlarından biri olub. Seyrçilər yeni tamaşalarla yanaşı, retro tamaşalara baxmaq istəyirlər. Həm teatra, həm də birbaşa mənim özümə dəfələrlə istək zəngləri olub. Xüsusilə də “Xanuma”, “Yeddi məhbusə anası”, “Bankir adaxlı” ən çox tələb olunan tamaşalardır.

Bərpa zərurətini yaradan digər faktor - mənim 2 illik fasilədən sonra yenidən səhnəyə qayıtmağımdır”.

Afaq Bəşirqızı həmçinin əlavə etdi ki, tamaşasının ikinci bərpası həm quruluş, həm yaradıcı heyətin tərkibi, həm də rol bölgüsü ilə fərqlənəcək.

Qeyd edək ki, “Bankir adaxlı” tamaşasının yeni yaradıcı tərkibində əməkdar artist Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Möylə Mirzəliyev, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev iştirak edirlər.

Premyerası 24 may tarixinə planlaşdırılan tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.

# 3457 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news