Lənkəran Teatrı mövsümə yekun vurub

Lənkəran Teatrı mövsümə yekun vurub
calendar 17 iyul 2019
clock 09:53

Lənkəran Dövlət Dram Teatrı Bəhram Beyzayinin “Senemar” faciəsi ilə özünün 128-ci mövsümünə yekun vurub.

Teatrdan bildirilib ki, tamaşadan əvvəl teatrın direktoru Tofiq Heydərov çıxış edərək yaradıcı kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Diqqətə çatdırılıb ki, teatrın truppası keçən il noyabrın 20-dən 25-nə kimi İran İslam Respublikasının Həmədan şəhərində 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası, həmçinin qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-nə kimi davam edən Milli Teatr Festivalında Emil Əskərovun “Sehrbazlar dərəsi” nağıl-tamaşası ilə Azərbaycanı təmsil edib. Bundan əlavə, teatr cənub bölgəsinin rayonlarında da qastrolda olub. Sənət ocağı iyunun 1-dən 5-nə kimi 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib.

Çıxışında Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrlara diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayan T. Heydərov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə teatr işçilərinin əməkhaqlarının fərqli dərəcədə artırılmasını dövlət başçısının yaradıcı insanlara göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Sonra “Senemar” tamaşasına baxılıb. Maraqla izlənilən bu səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.

# 1937 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news