Ötən ilin ən yaxşı filmi

Ötən ilin ən yaxşı filmi
calendar 5 yanvar 2015
clock 11:12

ABŞ Milli Kinoşünaslar Cəmiyyəti fransız rejissor Jan Lük Qodarın “Əlvida sözlər!” dramını ötən ilin ən yaxşı filmi sayıb.

Kulis.az-ın məlumatına görə, 84 yaşlı rejissorun filmi 3D imkanları ilə çəkilib, ərli qadından, tənha kişidən və itdən bəhs edir.

Cəmiyyət rejissor Maykl Linin məşhur Britaniya rəssamından danışan bioqrafik “Uilyam Terner” filmində baş rolda çıxış edən Timoti Spollu ilin ən yaxşı aktyoru seçib.

Ən yaxşı aktrisa adına isə belçika rejissorları Jan Pyer və Lük Dardenlərin “İki gün, bir gecə” filmindəki roluna görə Marion Kotiyar layiq görülüb.

İlin rejissoru “Yeniyetməlik” filmini çəkən Riçard Linkleyter hesab olunub. İlin ən yaxşı ssenaristi isə “Qrand Budapeşt oteli” filminin ssenari müəllifi Ues Anderson sayılıb.

İkinci planda ən yaxşı kişi və ən yaxşı qadın roluna görə mükafatlara “”Aludəlik” filmində oynayan Conatan Kimbl Simons və “Yeniyetməlik” filmindəki roluna görə Patyrisiya Arkett layiq görülüb.

Ən yaxşı sənədli film isə Lora Poytrasın “Vətəndaş dörd” filmi layiq görülüb. Filmdə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudendən müsahibə yer alıb.

# 1757 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news