Ötən il müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət ƏSA Teatrı növbəti, dünya miqyaslı bir ilkə imza atacaq.
Kulis.azın verdiyi xəbərə görə, 2 may 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq.
Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə, hətta dünyada da bir ilk sayılır.
ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirir ki, bu təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyünü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır.
İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.
Xatırladaq ki, sözügedən tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) binasında baş tutacaq.
ƏSA-da işarət dili ilə tamaşa olacaq- ŞEKSPİR
Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım
12:00
1 noyabr 2024

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu
11:15
1 noyabr 2024

O ölsə də, qadağası qüvvədə olacaq
10:56
1 noyabr 2024

80 yaşlı aktyoru filmə çəkmirlər
18:17
31 oktyabr 2024

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?
17:00
31 oktyabr 2024

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”
15:20
31 oktyabr 2024