ƏSA Teatrı 3 yaşını qeyd edir - Video

ƏSA Teatrı 3 yaşını qeyd edir - Video
calendar 3 sentyabr 2019
clock 13:17

3 sentyabr Azərbaycanda inklüziv teatrın əsasının qoyulduğu gündür.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yarandığı gündən Azərbaycanla yanaşı dünyanın digər ölkələrində də böyük maraqla qarşılanan İnklüziv ƏSA Teatrı bu gün 3 yaşını qeyd edir. ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.

Azərbaycanın ilk və tək inklüziv teatrı yarandığı gündən bu günədək – 3 il ərzində böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib. Gənc olmasına baxmayaraq ƏSA Teatrı U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin əsərləri olmaqla beş tamaşa və bir perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. 2016-cı ilən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.

ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.

2019-cu il Azərbaycanda “Nəsimi İli” kimi qeyd olunduğundan ƏSA Teatrı böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan anterpriza hazırlayır.

Bu gün 3 yaşını qeyd edən ƏSA Teatrında 30-a yaxın əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. Bütün kollektivin 3-cü ad günündə ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kirayələrdən xilas olmaq və inklüziv teatrın özünün binasının olmasıdır.

# 1893 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news