Qetsbi Azərbaycana gəlib dahimi oldu?

Qetsbi Azərbaycana gəlib dahimi oldu?
calendar 17 may 2013
clock 12:01

May ayının 16-da Bakıda "Dahi Qetsbi" kinofilminin qapalı premyerası keçirilib. Film Amerika yazıçısı Frensis Skott Fitsceraldın “Möhtəşəm Qetsbi ” əsərinin ekran varinatıdır.

Xatırladaq ki, Fitsceraldın əsərinin orijinal adı “The Great Gatsby”dir. Uzun illər Azərbaycan ictimaiyyəti arasında əsərin adı “Möhtəşəm Qetsbi” kimi səslənib. Əsər türkcəyə tərcümədə də “Möhtəşəm Qetsbi” adlanır.

Bəs niyə uzun illər bizim cəmiyyətdə “Möhtəşəm Qetsbi” kimi tanınan əsər “Dahi Qetsbi” kimi təqdim edilib? Filmin adının bu cür verilməsi doğrudurmu?

İngilis dilindən bir sıra mühüm əsərləri, o cümlədən Selincerin roman və hekayələrini tərcümə edən Tehran Vəliyevin fikrincə “Dahi Qetsbi” tərcüməsi məqbul deyil: “Dahi sözü elmi, bədii, fəlsəfi yaradıcılıqla bağlıdır. İngilis dilində isə “Great” sözü bu mənanı vermir”.

Tərcüməçi romanın adındakı “Great” sözünün “hər şeyə qadir” mənasında işləndiyini, ədəbi baxımdan “Böyük Qetsbi”, ya da “Möhtəşəm Qetsbi” kimi tərcümə edilməsinin daha düzgün olduğunu bildirib. Tehran Vəliyev əsərin rus variantında də “Great” sözünün qarşılığı olan “Великий ” sözündən istifadə edildiyini xatırladıb.

İngilis dilindən bir sıra yazıçıları, o cümlədən Fitsceraldı tərcümə etmiş tərcüməçi və yazıçı Svetlana Turan da son vaxtlar sosial şəbəkələrdə bu mövzunun müzakirə edildiyini müşahidə edib. Tərcüməçi bildirir ki, istənilən xarici filmin adı onu nümayiş etdirən şirkət tərəfindən öz istədiyi kimi tərcümə oluna bilər, lakin söhbət bədii əsərlərə çəkilmiş filmlərdən getdikdə yanaşma fərqli olmalıdır.

O daha sonra əlavə edib: “Frensis Skott Fitsceraldın ingiliscə "The Great Gatsby" olan əsərinin əsasında çəkilmiş filmin adı "Dahi Qetsbi" deyil, "Möhtəşəm Qetsbi" kimi tərcümə olunsaydı, zənnimcə, daha düzgün olardı. "Dahi" sözünün ingiliscəyə tərcüməsinin "genius" olduğunu nəzərə alsaq, tərcümədəki yanlışlığı açıq-aydın görə bilərik”.

# 4331 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news