Çağan İrmak Bakıda mətbuat konfransı keçirdi

Çağan İrmak Bakıda mətbuat konfransı keçirdi
calendar 18 noyabr 2014
clock 11:56

Noyabrın 17-də Nizami Kino Mərkəzində rejissor Çağan İrmakın “Unutursam fısılda” filminin qala–gecəsi keçirildi.

Dram janrında olan film xəyallarının dalınca qəsəbədən şəhərə - İstanbula qaçan Aypəri və gənc musiqiçi Tarıkdan bəhs edir.

Aypərinin cavanlıq illərini bacarıqlı aktrisa Fərəh Zeynəb Abdullah, Tarık rolunu Mehmet Günsür, Ərhanı isə Kərəm Bursin oynayırdı. Mehmet Günsür işləri ilə əlaqədar qalaya qatıla bilməsə də, filmin rejissoru Çağan İrmak, aktyorlar Fərəh Zeynəb Abdullah, Kərəm Bursin, İşıl Yücesoy, Gözde Cığacı Gecənin qonaqları sırasında idi.

Filmin təqdimatında jurnalistlərlə görüşən yaradıcı heyət onların suallarını cavab verən rejissor Çağan İrmak filmlərinin yaranması prosesini izah etdi:

“Qazandığım uğurun sirri, yazdığım ssenarilərin hər zaman ağlımda olmasıdır. Onların hazır olduğu fikrinə gələndə filmi çəkməyə başlayıram”.

“Filmlərinizin hamısında sosial mesajlar var, bu filmin mesajı nədir?” sualına rejissor “mesaj vermək artıq dəb deyil. Baxın, zövq alın, istədiyiniz mesajı da çıxarın” dedi. “Filmin uğur qazanıb qazanmayacağı belə vacib deyil, əsas filmdən çıxanda bir neçə nəfərin filmi xatırlamağıdı.”

Xatırladaq ki, bu, rejissorun Nizami kino mərkəzində ilk premyerası deyil. Bundan əvvəl onun "Tamam məyəz?" filmi paytaxt kinosevərlərinə təqdim olunmuşdu.

Çağan İrmakın adı “Asmalı konak” serialı ilə daha geniş tamaşaçı kütləsi arasında tanınıb. Lakin “Atam və oğlum”, “Mustafa Haqqında hər şey”, “Issız adam”, Karanlıktakılar”, “Tamammıyız?” kimi filmləri kassa filmləri olmaqla yanaşı müxtəlif mükafatlara da layiq görülüb.

# 1275 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news