Fərda, Arif Quliyev bu filmdə oynayacaq

Fərda, Arif Quliyev bu filmdə oynayacaq
calendar 16 yanvar 2015
clock 11:32

Yanvarın sonunda “Yumurta” komediya filminin böyük ekrana çıxması gözlənilir.

Montaj mərhələsində olan filmin rejissoru Ramil Adiloğludur. Ssenarini Ramiz Hüseynzadə, Elman Telmanoğlu, İslam Ağayev, Məcid Hüseynov, Ramil Adiloğlu yazıb.

Regional TV-nin maliyyə dəstəyilə çəkilən filmdə hadisələr iki zaman kəsiyində baş verir: milyon il əvvəl və indi. Arxeoloq qazıntılar aparanda qədim yumurta tapır. Hadisələr də yumurtanın ətrafında baş verir.

Rejissorun sözlərinə görə, “Yumurta” Azərbaycan tamaşaçısının arzuladığı filmdir: “Filmdə Azərbaycan tamaşaçısının xarici filmlərdə görməyə adət etdiyi hadisə, məsələn, milyon il əvvəlin təsviri, fantastik elementlər var. Üstəgəl, iyirmiyə yaxın məşhur aktyorun bir arada olması onu arzuedilən filmə çevirəcək”.

Filmdə Fərda Xudaverdiyev, Bəhram Bağırzadə, Teymur Bayram, İlham Əziz, Ramin Hacıyev, Elnur Hüseynov, Ələsgər Məmmədoğlu, Arif Quliyev,

Firuzə İbadova, İlkin Əhmədov, Xuraman Əlizadə və başqaları rol alıb.

Büdcəsi 140-150 min manat arası olan filmin çəkilişləri Bakıda, Mərdəkanda, Pirquluda, Sumqayıtda, Qubada olub.

# 1003 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news