“Şah Qacar” tamaşası nümayiş olunacaq

“Şah Qacar” tamaşası nümayiş olunacaq
calendar 12 aprel 2018
clock 13:41

Aprelin 13-də saat 19:00-da Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb.

İki hissəli səhnə əsərində əməkdar artist Abbas Qəhrəmanov (Ağa Məhəmməd şah Qacar), xalq artisti Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), aktyor Elnar Qarayev (Kərim xan Zənd), əməkdar artistlər Anar Heybətov (Cəfərqulu xan), Aslan Şirin (Şeyx Cəfər Tonkabani), aktyor Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), əməkdar artistlər Kazım Abdullayev (Əli xan Cocuq), Elşən Rüstəmov (Əli xan Şambatayi), Ayşad Məmmədov (Axund Hacı Babək), aktyorlar Samirə Xanlarova (balaca qız), Canəli Canəliyev (Balaca Qacar), Fəridə Şahbazova və Xədicə Novruzlu (Yeniyetmə qız) və İmran Əli Qurban (Yeniyetmə Qacar) çıxış edirlər.

Tamaşanı Ceyran Həsənli idarə edəcək.

Şah Qacarın sarayında baş verən kəskin hadisələr sonda xəyanət nəticəsində onun ölümü ilə başa çatır. Səhnə əsərində Qacarın uşaqlıq əzabları, anası və qardaşı ilə münasibətləri, qüdrətli dövlət qurmaq yolundan apardığı mübarizə məharətlə əks olunur.

# 1060 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news