“Nar bağı” növbəti beynəlxalq festivalda

“Nar bağı” növbəti beynəlxalq festivalda
calendar 18 aprel 2019
clock 11:34

Azərbaycanlı rejissorun filmi XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalının müsabiqə proqramına daxil edilib.

Rejissor İlqar Nəcəfin “Nar bağı” filmi tammetrajlı oyun filmləri seksiyasında müsabiqəyə qatılacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiya və “Buta Film” kino şirkətinin birgə istehsalı olun bu ekran əsərinin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

Qeyd edək ki, 2005-ci ildən etibarən hər il keçirilən Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalı bu il aprelin 24-dən 30-dək davam edəcək. Festivalın müsabiqə proqramında 31 ölkədən 55 film yer alıb./azertag.az/

# 2140 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news