“Qızıl Qlobus” mükafatı təqdim edildi

“Qızıl Qlobus” mükafatı təqdim edildi
calendar 13 yanvar 2014
clock 17:57

Yanvarın 12-də Los-Ancelesdə keçirilən 71 – ci “Qızıl qlobus” mükafatının qalibləri məlum olub.

Globus.kinonews.ru-nun verdiyi xəbərə görə, “2013-cü ilin ən yaxşı dramı” nominasiyasında Stiv Makkuinin “12 il köləlik” filmi təltif olunub.

Ən yaxşı komediya-müzikl isə David O Rasselin “Amerikansayağı cüvəllağılar” filmi seçilib. Bu film aktrisa kateqoriyasında da iki mükafat da qazanıb. Emi Adams ən yaxşı komediya aktrisası, Jeniffer Lourens ikinci planda ən yaxşı qadın rolu nominasiyalarında təltif olunub.

Ən yaxşı dramatik qadın rolu nominasiyasında isə “Yasəmən” filmində baş rolun ifaçısı Kleyt Blanşett seçilib. Ən yaxşı dramatik aktyor nominasiyasında “Dallas alıcıları” filmindəki roluna görə Metyu Makkonaxı təltif olunub.

Leonardo Di Kaprio ikinci dəfə “Qızıl qlobus”u ən yaxşı komediya aktyoru nominasiyasında Martin Skorsezenin “Uol-stritdən olan canavar” filmindəki işinə görə alıb.

“Ən yaxşı rejissor” kateqoriyasında “Qravitasiya” filminin müəllifi Alfonso Kuarron mükafatlandırılıb.

“2013-cü ilin ən yaxşı animasiya layihəsi” olaraq “Soyuq ürək” cizgi filmi təltif olunub.

“2013-cü ilin ən yaxşı ssenari müəlifi” isə Spayk Cons (“O” filmi) olub.

“Xarici dildə ən yaxşı film” olaraq Paolo Sorrentinonun “Möhtəşəm gözəllik” filmi seçilib.

Amerika Kino Akademiyasının “Oskar” mükafatı nominantları yanvarın 16-da, qalibləri isə martın 2-də elan edəcək.

# 1829 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news