“Qoca və Şir” “Ağ babanın nağılı” oldu

“Qoca və Şir” “Ağ babanın nağılı” oldu
calendar 2 aprel 2015
clock 16:26

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə əsərinə ictimai baxış olub. Teatrdan Kulisə verilən xəbərə görə məşhur Azərbaycan xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır.

Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası özünün maraqlı mövzu və ideyası ilə seçilir.

Uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Respublikanın Əməkdar artisti Anar Hüseynlidir.

Ağlın əhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşada humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir.

Komik hadisələr fonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilə nəticələnir. Uşaqlara xoş anlar vəd edən yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları, Əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər.

Ağlın güc üzərində qələbəsinin komik hadisələr fonunda göstərildiyi tamaşanın premyerası aprelin ortalarında baş tutacaq.

# 1381 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news