Opera Teatrından Arif Məlikova cavab gəldi

Opera Teatrından Arif Məlikova cavab gəldi
calendar 12 yanvar 2017
clock 10:17

Azərbaycan Dövlət Opera və Balet Teatrı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin teatrda tamaşaya hansı səbəbdən qoyulmamasına aydınlıq gətirib.

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva APA-ya bildirib ki, "Məhəbbət əfsanəsi"nin teatrın balet truppasının mövcud imkanları çərçivəsində səhnəyə qoyulması haqqında danışıqlar aparılsa da, xalq artisti Arif Məlikov buna qəti etirazını bildirib: “Arif Məlikovla müsahibədə onun "Məhəbbət əfsanəsi" baletinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmaması ilə əlaqədar məsələyə toxunulub. Əslində bu yeni mövzu deyil. Məsələ ilə əlaqədar Opera və Balet Teatrı mövqeyini dəfələrlə bildirib. Ondan başlayaq ki, Arif Məlikov müsahibədə belə bir fikir söyləyir: “Bir milyon da gətirib qabağıma qoysalar ki, “Məhəbbət əfsanəsi”ni Bakıda səhnəyə qoyaq, icazə vermərəm”. Göründüyü kimi, cənab Məlikov özü-özünü inkar edir. Bir tərəfdən heç bir vəchlə tamaşanın Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulmasına icazə verməyəcəyini bildirir, digər tərəfdən isə tamaşanın səhnəyə qoyulmamasına görə teatrı ittiham edir. Əslində isə uzun illər teatr rəhbərliyi ilə Məlikov arasında “Məhəbbət əfsanəsi”nin teatrın balet truppasının mövcud imkanları çərçivəsində səhnəyə qoyulması haqqında danışıqlar aparılıb, lakin o buna qəti etirazını bildirib. Nə qədər ki, o, mövqeyində qalır, “Məhəbbət əfsanəsi” baletinin səhnəyə qoyulması mümkün olmayacaq”.

Qeyd edək ki, xalq artisti, bəstəkar Arif Məlikov APA-ya müsahibəsində Opera və Balet Teatrının ünvanına bir sıra ittihamlar səsləndirib.

# 1686 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news