Beynəlxalq Kino Gününə həsr edilmiş tədbir

Beynəlxalq Kino Gününə həsr edilmiş tədbir
calendar 21 dekabr 2017
clock 10:01

Dekabrın 20-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 dekabr - Beynəlxalq Kino Gününə həsr edilmiş tədbir keçirilib.

Muzeyin direktoru Sevinc Mikayılova Azərbaycanda kino sənətinin inkişafından, kinolarımıza musiqi bəstələyən görkəmli bəstəkarlardan söhbət açıb.

S.Mikayılova bildirib ki, bu gün C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin birgə hazırladığı tədbirdə kino musiqisi ilə ekranları rövnəqləndirən bəstəkarların əsərləri səsləndiriləcək. Bəstəkarlarımızın yaradıcılıq uğurlarından danışan natiq sonra səhnəni G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinə verib.

Tədbirdə SSRİ Xalq Artisti Fikrət Əmirovun, Xalq artistləri - Tofiq Quliyevin, Səid Rüstəmovun, Emin Sabitoğlunun kino yaradıcılığını əks etdirən videogörüntülər nümayiş olunub.

Sonda şagirdlərin ifasında Azərbaycan kinosunun musiqi inciləri səsləndirilib. /azertag.az/

# 1087 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news