Xalq artistinə bığına görə töhmət verdilər

Xalq artistinə bığına görə töhmət verdilər
calendar 4 fevral 2013
clock 08:30

Kulis.az İlham Rəhimlinin “Səhnəsiz gülüş” kitabından iki maraqlı əhvalatı təqdim edir.

Bığ

Akademik Milli Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlərmiş.

Xalq artisti, Bədəl rolunun ifaçısı Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur.

Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir.

Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:

- Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun bığını “qoparıb” tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir.

Ağahüseyn Cavadov çaşbaş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır.

Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılmışdı.

Sən “Yasin”ivi oxu...

Mikayıl Mirzə ilə Eldəniz Zeynalov restorana gedirlər. Tabaka sifariş verirlər. Eldəniz bir-iki tikə alıb dönür Mikayıla tərəf:

- Qədeşim,”zəhrimarsız” getmir. Bəlkə, ikimizə yarım...

Mikayıl narazılığını bildirir.

- Eldəniz, sənə dedim axı, axşam aktyor dostumuzun atasının birinci cümə axşamıdır, ora getməliyəm. Neçə vaxtdır rayondaydım, getməsəm ayıb olar.

Eldəniz üz-gözünü turşudur. Çox təkid edir. “Allah rəhmət eləsin. Əşi ölən ölüb də, nə deyirsən, indi biz də ölməliyik?...”

Süfrəyə yarım litr araq gətizdirir. Yeyib içəndən sonra Mikayıl Mirzənin maşınına minirlər. Mikayıl Eldənizgilin evinin qabağında saxlayıb onu evə ötürmək istəyir. Lakin Eldəniz razı olmur.

“Mən bəyəm piyan zadam sənin üçün?”

Mikayıl əlacsız qalıb onu özü ilə birgə aparmağa razılaşır. Lakin and verdirir ki, yasda ağzını açıb bir kəlmə də danışmasın. Yas yerinə çatanda ev sahibi olan aktyor onları qarşılayır. Eldəniz şakəri üzrə onu qucaqlayıb öpür. Özündən asılı olmayaraq yasdakıları öpə-öpə yuxarı başa keçib mollanı da öpür. Molla onun içkili olduğunu hiss edir. Molla başlayır spirtli içkinin ziyanı, haram olması barədə öyüd-nəsihət verməyə. Daşın hara atıldığını bilən Eldəniz hər dəfə ayağa qalxır, Mikayıl qolundan dartıb otuzdurur. Molla isə coşduqca coşur:

- Hələ fikir verin Sədi Şirazi arağın zərəri haqda nə deyib.

Eldəniz Zeynalov ilan sancmış kimi yerindən dik atılır və ucadan qışqıraraq mollaya deyir:

- Alə, mollasan nəsən, buna bax bir. Şair olub mənim üçün. Şeir lazım olsa ( əli ilə Mikayıl Mirzəni işarə edir) tanımış sənətkar budey, burdadı. Sən qələtüvü elə, “Yasin”ivi oxu...

# 5472 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news