Azərbaycan filmi Venesiya festivalından əliboş qayıtdı

Azərbaycan filmi Venesiya festivalından əliboş qayıtdı
calendar 8 sentyabr 2014
clock 09:36

71-ci Beynəlxalq Venesiya Film Festivalı başa çatıb.

Kulis.az-ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, baş mükafat olan “Qızıl şir”i Roy Andersonun “Göyərçin budağa qonub həyat haqda düşünürdü” filmi qazanıb. Əhəmiyyətinə görə ikinci dərəcəli mükafat olan “Gümüş ayı”nı ən yaxşı rejissor işinə görə, Andrey Konçalovski “Poçtalyon Aleksey Tryapitsinin bəyaz gecələri” filmi ilə alıb.

Əsas müsabiqənin jürinin xüsusi mükafatını isə( Grand Jury Prize) Coşua Oppenxaymerin “Sükutun baxışı” filmi qazanıb.

Ən yaxşı kişi roluna görə Volpi kuboku Salverio Kastazonun “Ac ürəklər” filmindəki roluna görə Alam Drayverə təqdim olunub.

Ən yaxşı ssenariyə görə, Raxşan Bani Etemad və Fərid Mostafavi “Nağıl” filminə görə mükafatlandırılıb.

“Horrizontlar” müsabiqəsinin qısametrajlı film bölməsinin qalibi isə “Məryəm” filmi olub.

“Horrizontlar”ın ən yaxşı rejissor işinə görə xüsusi mükafatını Naji Abu Navar “Teb” vesterninə görə qazanıb.

Luici De Laurentis adına mükafatla ən yaxşı debütə görə, Çaitan Tamxanın “Court” filmi təltif olunub.

“Venesiya klassikası” bölməsində Ettopre Skolanın 1977-ci ildə çəkilmiş “Qeyri-adi gün” qalib olub.

Dünya kino sənətinə verdiyi töhfələrə görə isə “Qızıl şir”lə montajçı Telma Şunmeyker və rejissor Frederik Uayzmen mükafatlandırılıb.

Bu il Azərbaycan filmi ilk dəfə sözügedən festivalda iştirak edib. Elçin Musaoğlunun "Nabat" filmi festivalın Horrizontlar bölməsində müsabiqəyə qatılsa da, mükafatsız qalıb.

# 2545 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news