Berlinalenin qalib filmləri nədən bəhs edir?

Berlinalenin qalib filmləri nədən bəhs edir?
calendar 27 fevral 2018
clock 11:30

Bu günlərdə alman rejissoru Tom Tıkverin rəhbərlik etdiyi jüri heyəti 68 Berlin kinofestivalının qaliblərini seçdi.

Kulis.az mükafatlandırılan filmlər haqda qısa annotasiyaları təqdim edir.

Berlin kinofestivalının əsas mükafatı “Qızıl ayı”nı rumın rejissoru Adina Pintilienin “Mənə toxunma” filmi qazandı. “Mənə toxunma” bir neçə ölkənin kinematoqrafçılarının əməkdaşlığının nəticəsidir.

Filmin əsas qəhrəmanı öz hissiyyatları ilə onu əhatə edənlərin hiss etdikləri arasında balans axtarır. Bu qadın insanların intim həyatını izləyir, amma kiminsə ona toxunmasına dözə bilmir. Tanış olduğu aktyor onunla kontaktı toxunduğu əşyalar vasitəsilə qurur. Əsas rolda ingilis aktrisası Lora Benson oynayıb.

“Jürinin Qran prisi” polyak rejissoru Malqovata Şumovskanın “Üz” filminə təqdim olundu. Filmin qəhrəmanı Hündürlükdən yıxıldıqdan sonra üz transplantasiyası əməliyyatı keçirmiş Yatsekdir. Hadisələr qəhrəmanın öz doğma kəndinə qayıtması ilə düyünlənir. O, göstərilən münasibətin dəyişdiyini hiss edir.

“Ən yaxşı rejissor” nominasiyasında qalib olan Ues Andersonun “İt adası” animasiya filmi Yaponiyaya səyahətə çıxmış 12 yaşlı Ataridən bəhs edir. O, dostunu, Spots adlı iti axtarır.

Meksika rejissoru Alsonso Luis Palaşiosun “Ən yaxşı ssenari” nominasiyasında qalib olan “Muzey” filmi kriminal dram janrındadır.

Filmin qəhrəmanı 30 yaşında universitet oxuyan Xuandır. Qohumları onu tək bu yaşda oxumaq sevdasına görə yox, həm də boyunun qısalığına görə də lağa qoyurlar. Birdən Xuanın ağlına antropologiya muzeyini qarət etmək kimi bir plan gəlir. Bundan sonra qəhrəman hamının diqqət və hörmətini qazanır. Film real hadisələrə əsaslandığını bildirən bir replika ilə başlayır: “Bu orijinal əhvalatın epiloqudur”

“Ən yaxşı aktyor” nominasiyasında müklafatlandırılan Entoni Bayonun (“Dua” filmi) qəhrəmanı Tomasın 22 yaşı var. O, heroindən asılılıqdan qurtarmaq istəyir, amma bu asan deyil. O zaman Alp dağlarındakı katolik icmasına qoşulur.

Marçello Martinessinin “Varis” filmində Çela roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında Ana Bruni mükafatlandırıldı. Film iki qadının ailələrindən qalan mirasları satıb pula çevirməsi ilə başlayır. Lakin belə davam edə bilmir. Qadınlardan biri kreditə görə həbsxanaya düşür. Komforta alışmış rəfiqəsi isə yük maşınında sürücü işləməyə məcbur olur.

“İncəsənətə verdiyi böyük töhvələrə görə” mükafatlandırılan “Dovlatov” filmi (rej. Aleksey German II)) Rus yazıçısı Sergey Dovlatovun Leninqradda keçirdiyi bir neçə günü təsvir edir.

“Ən yaxşı sənədli film” seçilən “Valtxaym valsı” (rejissor Rut Bekerman) BMT-nin baş katibi və Avstriya prezidenti postlarını tutmuş Kurt Valtxaymın nasist cinayətlərində əli olub olmamasını araşdırır. Bekerman filmində belə bir sual qoyur: Avstriya nasist cinayətlərində öz rolunu dərk edirmi, yoxsa özünü Hitlerin “ilk qurbanı” sayır?

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news